Paşinyanın vəkilindən Prezidentin səfərinə maraqlı şərh
Ermənistanın Baş naziri Nikol Paşinyanın sağ əli sayılan vəkili Ovanes Azoyanın Prezident İlham Əliyevin Azıx mağarasına səfərini əks etdirən paylaşıma yazdığı şərh rezonansa səbəb olub.
ARANTV.AZ xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sosial şəbəkə səhifəsində sözügedən paylaşımına şərh yazan Azoyan ingilis dilində qeyd edib: “Nəhayət ki, cənab Əliyevin simasında sülh görürəm. Dünyaya sülh! Bir daha müharibə olmasın”.





