Gündəm 

Bir il ərzində ölkədə siqaret istehsalı 2,4 dəfə artdı – FOTO

2021-ci ilin yanvar-fevral ayları ərzində ölkə ərazisində 78,3 milyon manat dəyərində tütün məmulatları istehsal edilib.

ARANTV.AZ-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə isə tütün məmulatlarının istehsalı 2,1 dəfə artıb.

Təkcə fevral ayında ölkədə 34 milyon manat dəyərində tütün məhsulları istehsal edilib.

Bildirilib ki, müvafiq dövr ərzində 214 ton fermentləşdirilmiş tütün, 2 milyard 334,7 min ədəd papiros və siqaretlər istehsal edilib.

Daha çox xəbərlər