Dünya 

Məşhur repçini canlı yayımda güllələdilər — VİDEO

ABŞ-da “Project Youngin” adı ilə tanınan rep ustası İnstaqramda canlı yayım edərkən güllələnib.

ARANTV.AZ xəbər verir ki, Florida ştatında yaşayan və əsl adı Rəşid Camal Hall olan 25 yaşlı müğənni yeni albomu ilə bağlı İnstaqramda canlı yayım edib.

Repçi avtomobilində canlı yayım edərkən silah səsləri eşidilib. Hallun telefonu əlindən düşsə də, silah səsləri davam edib. Minlərlə insanın izlədiyi canlı yayım zamanı vurulan repçinin vəziyyəti ilə bağlı məlumat verilmir.

Repçinin yaxın dostu açıqlama verərək Rəşidin müalicə olunduğunu, ölmədiyini bildirib.


Ölkə.Az

Daha çox xəbərlər

Leave a Comment