Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

İtaliya nəşri BBC-nin Cəbrayıldakı “erməni ibadətgahı” iddiasına cavab verdi

By Vüsal Rafiqoğlu
27.03.2021 4 Min Read

İtaliyanın “Lo Spessore” analitik portalında italyan tədqiqatçı-jurnalist Domeniko Letizianın “Azərbaycanı gözdən salmaq üçün Ermənistanın yeni siyasi oyunu” sərlövhəli məqaləsi dərc olunub.

Məqalədə işğal zamanı Ermənistanın Cəbrayıl rayonunda qanunsuz olaraq inşa etdiyi “ibadətgah”la bağlı yalanlardan söz açılıb.

Məqalə erməni tərəfinin yalanlarının ifşa edilməsi və məsələyə münasibətdə həqiqətlərin İtaliya ictimaiyyətinin diqqətinə çatıdırılması məqsədilə hazırlanıb.

Məqalədə yazılıb ki, Azərbaycan dünyada məscidlərin və yəhudi mədəniyyətinin, abidələrin, bütün ölkə ərazisində xristian kilsələrinin və dini irsin qorunması ilə tanınır.

“Ermənistanla münaqişənin bitməsindən sonra Azərbaycanın mədəniyyət nazirliyi ölkənin multikultural və çoxkonfessiyalı bir ölkə olduğunu bildirib.

Azərbaycan əsrlər boyu sülh şəraitində yanaşı yaşamış və birlikdə çalışmış bütün xalqların və dinlərin nümayəndələrinin vətəni olub.  Mədəniyyət Nazirliyi bildirib ki, dövlət mədəni irsinin mühafizəsinə, bərpasına və yenidən qurulmasına lazımi diqqət göstərir”,-deyə məqalədə yazılıb.

Jurnalist Azərbaycanda yaşayan italiyalıların da təəssüratlarına yer ayırıb.

Azərbaycanda yaşayan italiyalılar qeyd edirlər ki, Azərbaycanın xristian icması Azərbaycan cəmiyyətinin ayrılmaz, fəal bir hissəsini təmsil edir. Abidələr, ibadət yerləri və kilsələr dövlət tərəfindən mühafizə edilir və mütəmadi olaraq bərpa olunur.

“Təsadüfi deyil ki, Roma Papası Fransisk 2016-ci ilin oktyabr ayında Azərbaycana səfəri zamanı Azərbaycanı dini tolerantlıq üzrə dünyada model ölkə kimi qiymətləndirib. Tarixi-dini abidələrin, o cümlədən kilsə, sinaqoqların bərpası, yenidən qurulması Azərbaycan dövlətinin multikulturalizmin təşviqi istiqamətində həyata keçirdiyi siyasətin tərkib hissəsidir”.

Yazılıb ki, bu günlərdə Ermənistan işğalından azad edilmiş Cəbrayılda BBC-nin müxbiri ilə bağlı məsələ Qafqazın incisinə qarşı növbəti saxta xəbərlərin yayılmasına səbəb olub.

“Ermənistan tərəfindən verilmiş coğrafi koordinatlar əsasında “erməni ibadətgahı” axtaran müxbir onu tapmayıb. Buna görə də azad edilmiş ərazilərdə dini binaların Bakı tərəfindən dağıdıldığı qənaətinə gəlib. BBC-nin jurnalisti bu binanı ərazilərdəki “erməni dini irsi”nin bir hissəsi kimi təsnif edib. Bununla da münaqişəyə dini bir don geyindirməyə çalışıb.

Xatırladaq ki, BMT TŞ-nın qətnamələri ilə təsdiq olunduğu kimi, 1993-cü ildə Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın Cəbrayıl rayonunda işğaldan əvvəl yalnız azərbaycanlılar məskunlaşmışdı. Erməni irsi kimi təqdim olunan bu “ibadətgah” yalnız 2017-ci ildə Ermənistanın hərbi işğalı zamanı, erməni əsgərləri üçün bir hərbi hissənin yanında inşa edilib. Elə məhz 2017-ci ilin oktyabrında erməni mətbuatı ermənilərin uydurma Mexakavan adı verdikləri Cəbrayıl rayonunda bir hərbi hissənin yanında bu “kilsənin” açılması barədə yazmışdı. O dövrün erməni mətbuatının qeyd etdiyi kimi, sözügedən kilsə “torpaqların heç vaxt Azərbaycana qaytarılmayacağının” bir simvolu olmalı idi”.

Bu səbəbdən də qeyd olunan tikili tarixi memarlıq abidəsi olmamaqla yanaşı bölgənin mədəni və dini irsinin bir hissəsi deyil.

Əlbəttə ki, bu amil Qarabağda dırnaqarası “ermənilərin çoxəsrlik varlığının” sübutu deyil.

“Bu, işğal vaxtı Azərbaycan ərazisində inşa edilmiş müasir bir tikilidir. Bütün işğal dövründə Ermənistan hökuməti və özəl şirkətlər tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilmiş qanunsuz hər hansı bir fəaliyyət kimi bu tikilinin həmin ərazidə mövcudluğu da qanunsuzdur.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Azərbaycana aid hər şeyi dağıtmaqla bərabər ibadətgah qurmaq xristianlığın təməl prinsiplərinə ziddir” deyə tvit edib. O, hələ 2017-ci ildə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışarkən ermənilərin heç vaxt yaşamadıqları işğal altındakı Cəbrayıl rayonunda qanunsuz hərbi ibadətgahın inşa edilməsinə dair bəyanat verdiyini xatırladıb.

Hikmət Hacıyev, həmçinin 2017-ci ildə Azərbaycanın istəyi ilə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin o vaxt işğal olunmuş Cəbrayıla səfər etdiklərini və ibadətgahın inşası faktını qeydə aldıqlarını da xatırladıb. “Missiyanın sonunda, ibadətgahın burada olan əsgərlərin ehtiyacları üçün tikildiyi bildirilir” deyə yazan Hikmət Hacıyev işğal olunmuş ərazilərin dini və mədəni məhiyyətini dəyişdirmək cəhdinin qanunsuz bir hərəkət olduğunu əlavə edib”,-deyə məqalədə bildirilib.

Məqalədə BBC-nin bu “ibadətgah”ın qəsdən məhv edilməsi iddialarına da cavab verilib.

Xatırladılıb ki, 44 günlük müharibə zamanı Cəbrayılın azadlığı uğrunda şiddətli döyüşlər gedib. Bu “ibadətgah” hərbi hissəyə yaxın tikildiyi üçün hərbi əməliyyatlar zamanı onun dağılması mümkün ola bilərdi.

“Ermənistanın başlatdığı “geosiyasi oyun”un azlıqların müdafiəsi və fərqli dini konfessiyaların mühafizəsi ilə heç bir əlaqəsi yoxdur. Bunun yalnız Azərbaycanı gözdən salmaq üçün edilən bir siyasi oyun olduğu aydın görünür. Bir tərəfdən də bu, Ermənistan hökuməti tərəfindən diqqəti mövcud daxili siyasi xaosdan yayındırmaq üçün həyata keçirilən siyasi bir paradoksdur.

Digər tərəfdən isə Azərbaycana qarşı aparılan bu təbliğatın arxasında erməni xalqında nifrət və intiqam hissləri aşılamaq dayanır.

Bölgədə yeni bir müharibə törətməyə çalışanlar xüsusilə erməni xalqı üçün daha ağır faciələrə səbəb olmaqla yanaşı, onun varlığını belə təhlükəyə ata bilər. Azərbaycan torpaqlarının təxminən otuz illik işğalı zamanı Ermənistan bütün gücü ilə məlumatları saxtalaşdırıb. 19-cu əsr pravoslav kilsələrinin, xüsusilə Ermənistanla heç bir əlaqəsi olmayan, yerləşmə ərazisi indiki Azərbaycanın ərazisi olan torpaqlarda Qafqaz Albaniyasının qədim məbəd və monastırlarının tarixini dəyişib. İşğal olunmuş torpaqlardakı əsrlərdən bəri mövcud olan Azərbaycanın mövcudluğunu silməyə çalışıb.

Belə ki, “yeni rejimə uyğunlaşdırıla” bilməyən hər şey məhv edilib. Azərbaycanın iki şəhəri – Ağdam və Füzuli ruhlar şəhərlərinə çevrilib. Çünki Azərbaycanın torpaqları azad etməsindən sonra bu şəhərlərin və irsinin yerlə bir edildiyi aşkarlanıb. Təəssüf ki, bunların heç biri işğal illərində dünya mediasının gündəmində olmayıb. Digər tərəfdən, hər bir İtaliya vətəndaşı və dünya paytaxt Bakının mərkəzindəki erməni kilsəsinə getməklə Azərbaycanın erməni irsini necə qoruduğunu anlaya bilər. Münaqişəyə, Ermənistanın işğal etdiyi ərazilərdəki mədəni irsin məhv edilməsinə baxmayaraq, Azərbaycan hökuməti dövlət vəsaiti ilə bərpa olunan və erməni dilində beş minə yaxın kitabın saxlanıldığı bu erməni kilsəsini qoruyub. Sözügedən kilsə Azərbaycana gedən bütün turistlər tərəfindən ziyarət edilə bilər. Multikulturalizmin dövlət siyasəti və həyat tərzi olduğu, uzun bir tolerantlıq, dünyəvilik ənənəsi olan Azərbaycanda bu nümunə təəccüb doğurmur. 1918-ci ildə qurulmuş, sovetlər tərəfindən süquta yetirilənə qədər qısamüddətli olmasına baxmayaraq, bütün İslam dünyasında demokratik bir dövlətin ilk nümunəsi olmuş və 1919-cu ildə bir çox qərb ölkələrindən əvvəl qadınlara səs vermək hüququnu tanıyan Azərbaycan Demokratik Respublikasını düşünmək kifayətdir”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Rusiyalı politoloq: “ABŞ hələ possovet ölkələrinə marağı artırmayıb? Hər şey hələ qabaqdadır”

Next

Bakıda məktəbdən 7 000 dəyərində büst oğurlayan dəstə ələ keçdi

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv