Meksikada təyyarə qəzası: Aralarında nazir müavininin də olduğu altı nəfər öldü – FOTO
Meksikanın Sonora ştatında ikimühərrikli “Cessna” təyyarəsinin qəzaya uğraması nəticəsində altı nəfər həlak olub.
Bu barədə yerli “La Jornada” nəşri məlumat yayıb.
Təyyarədə yeddi nəfərin olduğu bildirilib. Sərnişinlərdən birinin yaralı olduğu qeyd edilib.
Kiçik tutumlu təyyarə Meksikanın Ermosilya şəhərindən ABŞ-ın Arizona ştatındakı Tuson şəhərinə uçub. Lakin havaya qalxdıqdan dərhal sonra yerə çırpılıb.
Qəza nəticəsində ölənlər arasında Sonora ştatı iqtisadi inkişaf nazirinin müavini də var.
Hadisə ilə bağlı hüququ-mühafizə orqanları araşdırma aparır.

