Hadisə 

Saatlıda yanğın olub: Bir nəfər xəsarət alıb

Saatlı rayonunun Qıraqlı kəndində ümumi sahəsi 130 m² olan tikintisi başa çatmayan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları 60 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Daha çox xəbərlər