Koronavirusun daha bir ştammı aşkarlandı
Çexiyada koronavirusun yeni ştammı aşkarlanıb.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, yeni ştamm koronavirus testləri aparan “Elisabeth Pharmacon” ixtisaslaşdırılmış laboratoriyanın əməkdaşları tərəfindən müəyyən edilib.
Məlumata əsasən, yeni aşkarlanan ştamm bundan əvvəl müəyyən edilən “Britaniya” və “Cənubi Afrika” ştammlarından daha təhlükəli deyil.
Hazırda yeni ştammın araşdırması davam edir.

