Dünya 

Futbol meydanında özünü partlatdı

Belçikanın Lieqe şəhərinin Verviers bölgəsində futbol meydanında partlayış baş verib.

ARANTV.AZ  xəbər verir ki, hadisə ilə bağlı Verviersin bələdiyyə başçısının müavini Həsən Aydın məlumat verib.

Onun sözlərinə görə, naməlum şəxs futbol meydanında üzərindəki partlayıcını işə salıb.

“Bu, terror aktı deyil. Güman edirik ki, o, intihar edib. Həmin şəxsin bölgədə yaşayan sabiq hərbçi olduğunu ehtimal edirik”.

Polis əməkdaşları bölgədə başqa partlayıcının tapılmadığını bildiriblər. Hadisə zamanı intihar edəndən başqa ölən və xəsarət alan olmayıb.

oxu.az

Daha çox xəbərlər

Leave a Comment