Maraqlı 

Bu adada koronavirus YOXDUR

İtaliyalı alimlər İtaliyanın Cilyo adasında koronavirus xəstəsinin olmamasının səbəblərini araşdırmağa çalışırlar. Baxmayaraq ki, adanın sakinləri və oraya gələn turistlərin sayı az deyil, Cilyo adasında dünyanı cənginə alan koronavirus infeksiyası yayılmayıb.

Cilyo Aralıq dənizi ilə əhatə olunmuş böyük bir qranit qayadır. Toskana arxipelağının yeddi adası sırasında ikinci sırada yer alır.

Bütün arxipelaq, mənzərəli təbiəti və təmiz dənizi ilə İtaliyanın ən böyük milli dəniz parkıdır.

İtaliyanın qərbindəki bu adada 2020-ci ilin yazından bəri heç kimin koronavirus virusuna yoluxmadığı inanılmaz bir faktdır.

İtaliyalı alimlər adanın sakinləri üzərində “IgG” və “IgM” anticisimlərinin mövcudluğunu PZR testləri ilə yoxlayıblar. Təcrübədə 634 yerli sakin və 89 turist iştirak edib. Nəticələr onlarda anticisimlərin olmadığını göstərib, ancaq buna baxmayaraq, 2020-ci ildə və cari ildə Cilyoda heç kəs xəstələnməyib.

Adanın sakinlərinin koronavirusa qarşı dözümlülüyünün səbəbi kimi aşağıdakılar göstərilir:

– ada sakinlərində kollektiv immunitetin olması. Ola bilsin ki, onlar daha əvvəllər oxşar bir virus və ya patogenlə qarşılaşıblar.

– sakinlərin qanında T-limfositlərinin sayının yüksək olması.

– dəniz havası yod ilə çox zəngindir, yod isə immuniteti yüksəldir.

– dənizdən gələn küləklərin hesabına təmiz hava

– yüksək günəş izolyasiyası virusu havada, yerdə və adanın bütün səthlərində öldürür.

– günəşin ultrabənövşəyi UV-B (UVB) şüaları orqanizmi qoruyan D vitamini istehsalının artmasını təmin edir.

Daha çox xəbərlər