Qazaxıstanda son sutkada koronavirusa 1 663 nəfər yoluxub
Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 1 663 yoluxma halı qeydə alınıb.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 244 981 nəfərə çatıb.
Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 219 094 nəfəri sağalıb, 3 046 nəfəri isə vəfat edib.

