Təhsil 

Məktəblər distant təhsilə keçəcək? – VİDEO

Sosial şəbəkələrdə aprelin 2-dən 14-dək məktəblərdə ənənəvi tədrisin dayandırılacağı ilə bağlı xəbərlər yayılıb. Xəbər Bakı Şəhəri Təhsil idarəsinin loqosu altında paylaşılıb. Qurumdan bunun saxta olduğu qeyd edilib.

Bildirilib ki, əsassız olaraq rəsmi atributlar fonunda saxta məlumat yayaraq çaşqınlıq yaratmaq istəyənlər bu kimi əməllərin hüquqi məsuliyyət yaratdığını unutmamalıdırlar.

Qeyd edək ki, Təhsil Nazirliyi pandemiya dövründə tədrisin hansı formada təşkil edilməsi ilə bağlı sorğu keçirir. Sorğunun məqsədi, bununla bağlı ictimai rəyin öyrənilməsidir.

Daha çox xəbərlər