Azərbaycanlıların soyqırımı ilə bağlı film çəkiləcək
“Həm 44 günlük Vətən müharibəsi, həm Xocalı soyqırımı haqqında, həm də tarixi filmlərin çəkilməsi planlaşdırılır”.
ARANTV.AZ xəbər verir ki, bunu Qubada jurnalistlərə açıqlamasında Mədəniyyət naziri Anar Kərimov deyib.
Onun sözlərinə görə, Türkiyəyə səfər zamanı bu fikirlər və layihələr müzakirə olunub.
O bildirib ki, birgə istehsal olunacaq filmlərlə Azərbaycan həqiqətləri dünyaya çatdırılacaq.

