Dünya 

Dünyada ilk dəfə heyvanlara qarşı koronavirus peyvəndi Rusiyada qeydə alındı

Rusiyanın dünyada ilk olaraq heyvanlar üçün yeni koronavirus növünə qarşı peyvəndi qeydə alınıb.

TASS xəbər verir ki, bu barədə “Rosselxoznadzor” rəhbərinin müavini Konstantin Savenkov açıqlayıb.

Dərmana “Karnivak-Kov” adı verilib.

Savenkovun sözlərinə görə, vaksin “Rosselxoznadzor”a tabe olan “Federal Heyvan Sağlamlığı Mərkəzi” tərəfindən yaradılıb.

O, “Karnivak-Kov”un heyvanlar üçün COVID-19-a qarşı dünyada ilk və yeganə profilaktik dərman olduğunu vurğulayıb.

Daha çox xəbərlər