Maraqlı 

Meyvələr sağlamlığımıza necə təsir edir?

Meyvələr bədən sağlamlığı üçün çox əhəmiyyətli olan vitamin, mineral və liflərlə zəngindir.  Onların mümkün olduğu qədər qabıqlı yeyilməsi orqanizmə daha da xeyirlidir.

Portağal ən çox yeyilən meyvələr arasındadır. Portağalın C vitamini ilə zəngin olduğunu bilirik, lakin bu, hələ hamısı deyil. Bütün sitrus bitkiləri kimi, portağalın da tərkibində yetərincə kalsium, antixolesterol lifləri var.

Ananas ekzotik meyvələr sırasına daxildir. Xüsusilə ilə  balıq və ətdə olan “bromelain” adında olan ferment ananasda da var. Qeyd edək ki, bu ferment qan laxtalanmasının qarşısını alır və ürəyi qoruyur. Bundan başqa, mədədə kanserojen maddələrin birləşməsinə mane olaraq mədəni qoruyur.

Avokadoda kalori sıxlığı çox yüksək olsa da, gündəlik menyuda yer ala bilər. Çünki tərkibindəki yağlar zeytun yağı qədər çox faydalıdır. Digər tərəfdən, ürək üçün də xeyirlidir.

Alma xolesterolu və təzyiqi salır. Nizamlı olaraq yeyildikdə qandakı şəkər nisbətini nizamlayır və diabetin sürətləndirdiyi erkən yaşlanmaya mane olur. İmmunitet sistemini gücləndirir, oynaq və revmatizm ağrılarını kəsir. Hər gün  alma yeyən insanlar adətən qəbizlikdən əziyyət çəkmirlər.

Ərik C vitamini ilə çox da zəngin olmasa da qan damarlarını gücləndirir. Sidik qovucudur, bağırsaqlara yumşaldıcı təsir göstərir. Minerallarla zəngindir.

Qarpız sərinləşdirici təsirə malikdir. Tərkibində su çoxdur. Digər meyvə və tərəvəzlər kimi, xərçəng və kardioloji xəstəliklərdən qorunmaqda effektlidir.

 Albalı isə əsasən  qan damarlarını qoruyur. Albalının tərkibində olan flavonoidlər bədənin digər hissələrinə də  müsbət təsir edir, əsasən də qan dövranını yaxşılaşdırır.

Limon bütün sitrus bitkiləri kimi  sağlamlığa  çox  faydalıdır. Vitaminlər və flavonoidlərlə qan damarlarını gücləndirir. Üstəlik xərçəngdən qorunmada da xüsusi bir yeri var. Bütün yeməklərimizə bir az limon suyu qataraq onun xeyrindən faydalana bilərik, çünki limon qandakı şəkər nisbətini və eyni zamanda, qan təzyiqini salır.

Daha çox xəbərlər