Çin Azərbaycanla münasibətlərdə öhdəliklərini yerinə yetirir – Nazir müavini
Çinlə siyasi əlaqələrimizi çox yükəsk qiymətləndiririk.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu xarici işlər nazirinin müavini Ramiz Həsənov deyib.
Onun sözlərinə görə, Çin məsuliyyətli tərəfdaş olaraq Azərbaycanla münasibətlərdə, o cümlədən COVID-19-la bağlı öz üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir:
“Ümidvarıq ki, indidən sonra da əlaqələrimiz çox yüksək səviyyədə inkişaf edəcək”.

