Hadisə 

Kürdəmirdə minik və yük avtomobili toqquşub, xəsarət alan var – FOTO

Kürdəmir rayonunda yol qəzası baş verib.

ARANTV.AZ  xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “KamAZ” markalı yük maşınına hərəkətdə olarkən arxadan gələn “VAZ-2109” markalı avtomobil çırpılıb. Nəticədə VAZ-da olan sərnişin, 46 yaşlı Bakı sakini Həsənov Natiq Rəşid oğlu xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

 

Daha çox xəbərlər