Dünya 

Dəhşətli qatar qəzasında ölənlərin sayı 40-a çatıb

Tayvanın şərqində sərnişin qatarı relsdən çıxıb. 

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, bu barədə adanın Mərkəzi informasiya agentliyi bildirib.

Hadisə Hualyan qəzası ərazisində qatarın dağ tunelinə daxil olmasından sonra baş verib. Qatarın səkkiz vaqonunda 350-dən çox sərnişin olub.

Xilasedicilər qəza yerinə cəlb olunub.Ölənlərin sayı 40-a çatıb, 61 nəfər xəsarət alıb, daha 72 nəfər də qatarda çıxılmaz vəziyyətdə qalıb.

Daha çox xəbərlər