Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Türk dünyasının Zəngəzur dəhlizi

By Vüsal Rafiqoğlu
03.04.2021 3 Min Read

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 31-də Türk Şurasının qeyri-formal Zirvə görüşündə çıxış edərkən Azərbaycanın tarixi zəfərinin türk dünyası üçün önəmini vurğulayaraq, Vətən müharibəsi, müharibəni qaçılmaz edən səbəblər mövzusunda ətraflı danışıb. Prezidentin 26 fevral Xocalı Soyqırımının ildönümündə beynəlxalq media quruluşlarının iştirakı ilə keçirilən, 4 saatdan artıq sürmüş mətbuat konfransı ilə 31 mart – Azərbaycanlıların Soyqırımı Günündə keçirilən Zirvə Görüşündəki çıxışı bir-biri ilə sıx bağlı olan, bir-birini tamamlayan hadisələrdi.

Hər iki soyqırımı (1918, 1992) bizə, “mehriban qonşuluq, beynəlxalq hüquq normaları nədir?” bilməyən yaxud onu bilərəkdən tapdalayan xəstə erməni ictimai-siyasi zehniyyəti, saxtakar Ermənistan yaşadıb. Biz 44 günlük Vətən müharibəsində məhz 102 illik (ondan da öncələrə dayalı) qeyri-insani gedişatı durdurmuş, zəhərli ilanın başını əzmişik. Prezidentin müharibə vaxtı verdiyi müsahibələr, xalqa tarixi müraciətləri bu ilin 26 fevral və 31 martındakı çıxışlarla xüsusi beynəlxalq ismarınclar kateqoriyası qazanaraq, Azərbaycanın bəşəriyyət üçün necə təhlükə ərz edən düşmənə qalib gəldiyini zərgər dəqiqliyi ilə ifadə etməkdədir.

Bəli, Türk Şurasının toplantısında sırf (yaxud daha çox) iqtisadi əlaqələrin gücləndirilməsindən, bir sıra başqa vacib mövzulardan danışmaq olardı, lakin Prezident II Qarabağ müharibəsindən danışmaqla problemlərə və perspektivə daha geniş tablodan baxmaq imkanı yaratdı.

ARANTV.AZ  AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın “Türk dünyasının Zəngəzur dəhlizi” yazısında yer alıb. Yazını təqdim edirik.

İlk baxışdan, indiki ərazisi etibarı ilə Türk Şurasının ən kiçik üzvü sayılan Azərbaycanın bir bölgəsinin işğaldan azad olunmasının böyüt türk dünyasının problem və perspektivləri baxımından necə bir önəm daşıdığı kimlərəsə mübahisəli görünə bilər; lakin bu bir həqiqətdir və bu həqiqətin kamil ifadəsi Türk Şurasının hazırkı sədrinin çıxışında yer alıb: “Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün. Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər. Ermənistanın onun qonşusu olan İranla dəmir yolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu dəmir yolu təmin edilə bilər. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Yəni, yeni nəqliyyat dəhlizi yaranmaqdadır. Artıq Azərbaycan bu işlərə start vermişdir. Əminəm ki, tərəfdaş ölkələr də bu imkanlardan istifadə edəcəklər”. Bu sözlər başa çatmış müharibə və bununla da meydana çıxmış yeni imkanlar, o cümlədən vacib nəqliyyat imkanları barədə Azərbaycanın türk dünyasına töhfələrini ifadə etməkdədir. Məşhur deyimlə söyləsək, bu, mövzuya böyük tabloda baxmaqdır. Bu mövzunun haqq etdiyi də məhz böyük tablodur…

Heç təsadüfi deyil ki Türk Şurasının fəxri sədri, qardaş Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayev də öz çıxışında Azərbaycan Prezidentini Qələbə münasibətilə təbrik edərək, iqtisadi əlaqələrin önəminə toxundu: “Biz hamımız bu prosesləri həyəcanla izləyir və nəticələri gözləyirdik. Əlbəttə ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi və Rusiyanın dəstəyi ilə Bakı və Yerevan arasında imzalanmış sülh razılaşması böyük İpək Yolunun çiçəklənməsi üçün yeni imkanlara yol açır və Çinin “Bir kəmər, bir yol” təşəbbüsündən istifadə etməklə Xəzər dənizinin rolunu artırır”…

Bəli, Türk Şurasının hazırkı sədri olan Azərbaycan Prezidenti öz çıxışın Vətən müharibəsinə, onun tarixinə və nəticələrinə həsr etdi.

Prezidentin özünün dediyi kimi, bu, təbiidir, çünki videokonfrans iştirakçısı olan ölkə başçılarının məsələnin mahiyyətini bilməsi vacibdi. Azərbaycan Prezidentinin çıxışında qardaş Türkiyə dövlətinə, şəxsən Cümhurbaşqanı Ərdoğana, Türk Şurasına, şəxsən Şuranın fəxri sədri Nazarbayevə, Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına bizə göstərdikləri siyasi, mənəvi dəstəyə görə təşəkkür etdi. Necə deyərlər, heç nə unudulmur, heç nə yaddan çıxmır…

Dövlətimiz var olsun!

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

REAL Partiyanın rəsmisi: Uşaqpulu məsələsi mütləq həll edilməlidir, amma…

Next

Bakıda toy məclisində 63 nəfər saxlanıldı – VİDEO

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv