“Sputnik V” vaksini vurduran Argentina prezidenti koronavirusa yoluxub – FOTO
Yanvar ayında “Sputnik V” vaksini vurduran Argentina Prezidenti Alberto Fernandez koronavirusa yoluxub.
Bu barədə prezident özünün “Twitter” hesabında elan edib.
Onun sözlərinə görə, gecə başı ağrıyıb və temperaturu 37,3 dərəcəyə yüksəlib. Bundan sonra o, koronavirusdan test verib və cavab müsbət çıxıb.
Fernandez özünü yaxşı hiss etdiyini vurğulayıb.
“PZR testi ilə təsdiqlənməni gözləsək də, protokola uyğun olaraq artıq özümü təcrid etmişəm və həkimlərin tövsiyələrini yerinə yetirirəm”, – deyə dövlət başçısı əlavə edib.

