Türkiyədəki PKK-çıların sayı elan edildi: Yuvadan çıxırlar
PKK-nın Türkiyə daxilində silahlı terrorçularının sayı 300-dən aşağı düşüb.
ARANTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Türkiyə daxili işlər naziri Süleyman Soylu çıxış edib.
“Narahat olmayın, indi başlarını qış yuvalarından çıxarıblar. Bir-bir hədlərini bildirəcəyik. Bu il onlara tarixinin ən ağır bədəlini ödətdirəcəyik”, – Soylu qeyd edib

