Azərbaycanlı Ukraynada dörd yaşlı qızı qarət etdi
Ukraynanın Xerson bölgəsində Azərbaycan vətəndaşı dörd yaşlı qızı qarət edib.
ARANTV.AZ xəbər verir ki, bununla bağlı Xerson vilayətinin polis bölməsinin mətbuat xidməti məlumat yayıb.
“Cinayət Suvorov rayonunda baş verib. Naməlum şəxs dörd yaşlı qıza yaxınlaşıb, onun əlindən tutub və kolluğa aparıb. Orada o, uşağın qulağındakı qızıl sırğaları çıxarıb və aradan çıxıb. Cinayəti törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanılıb”, – məlumatda deyilir.
Həmin şəxs əvvəllər də məhkum olunub və məhkəmənin qərarı ilə ev həbsində saxlanılır. Bu müddət ərzində o, başqa bir şəxsdən də mobil telefon oğurlayıb.
Şübhəli şəxsi dörd ildən altı ilədək həbs cəzası gözləyir.
oxu.az

