Təhsil 

Daha üç məktəb distant təhsilə keçib

Kürdəmir rayonunda daha üç məktəb karonavirus infeksiyası səbəbindən distant təhsilə keçib.

ARANTV.AZ  xəbər verir ki, Gigiyena və Epidemiologiya Mərkəzinin keçirdiyi tədbirlər nəticəsində rayonun üç məktəbində koronavirus infeksiyası aşkarlanıb.

Bu səbəbdən rayonun 1, 2 və 6 saylı orta məktəblərində əyani təhsil müvəqqəti olaraq dayandırılıb və distant təhsilə keçirilib.

Hazırda həmin məktəblərdə Kürdəmir rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən dezinfeksiya işləri aparılır.

Daha çox xəbərlər