Maraqlı 

Səhər yataqda olarkən bu hərəkətləri edin

Mütəxəssislərin bildirdikləri kimi, səhər yataqda edilən idman hərəkətləri insanın günboyu gümrah olmasına səbəb olur.Gün ərzində gümrah qalmaq istəyirsinizsə,onda mütləq bunları edin.

Bütün hallarda özünüzü təkrarsız hiss edin.

Hər səhər özünüzü sevdiyinizi etiraf edin.

Sakit nəfəs alın.

Burunla dərindən havanı içəri çəkin, havanı bütünlüklə ağciyərlərinizdə hiss edin, yavaş-yavaş havanı buraxın.

Gözləriniz üçün gimnastika edin.

Yuxarı, aşağı, sağa, sola baxın, dairə çəkirmiş kimi gözlərinizi hərəkət etdirin, gözlərinizi qıyaraq bir neçə dəfə qırparaq yumub-açın.

Özünüzü tam çəkin, rahatlanın.

Qollarınızı yuxarı doğru qaldırın, özünüzü tam dartaraq çəkin.

Qollarınızı uzanıqlı vəziyyətdə bir daha yuxarı qaldırın və özünüzü tam dartın.

Bu zaman siz rahatlayacaqsınız. Sağ dizinizi əyərək qollarınız bərabərində yuxarı qaldırın və özünüzü dartın. Bu vəziyyətdə çiyinləriniz və qollarınız rahat olmalıdır. Daha sonra isə eyni hərəkəti sol dizinizlə də təkrarlayın. Əgər belinizdə nəisə hiss edirsinizsə, demək, bu hərəkət effektivdir.

Daha çox xəbərlər