Tərkibində tütün olan siqaretlərin vergisi artırıldı
Ölkəyə idxal edilən, tərkibində tütün olan siqaretlərin və tərkibində tütün siqarillaların aksiz vergisi artırılıb.
ARANTV.AZ xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, ölkəyə idxal edilən, tərkibində tütün olan siqaretlərin və tərkibində tütün siqarillaların 1000 ədədi üçün 43 manat aksiz vergisi müəyyən edilib. Əvvəl bu vergi 39 manat təşkil edirdi.
Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

