Sosial 

Bərdəli xanəndə xəstəxanaya yerləşdirilib

ARANTV.AZ  xəbər verir ki, bu barədə xanəndənin yaxın qohumu Taleh Şahsuvarlı məlumat verib.

Qarabağ muğam məktəbinin görkəmli nümayəndəsi, Qarabağın 2-ci Xan Şuşinskisi adlandırılan Sərdar Əvəzoğlunun müalicəsi hazırda FHN-nin xəstəxanasında davam etdirilir.

Bildirildiyinə görə sənətkarın səhhəti xüsusi diqqət mərkəzindədir.

” Sərdar Əvəzoğlunun vəziyyəti arzuladığımız qədər yaxşı olmasa da, inşallah, yaxşı xəbərlər almağa ümidliyik”.-deyə xanəndənin qohumu bildirib.

Onu da qeyd edək ki, Sərdar Əvəzoğlu I Qarabağ müharibəsində iştirak etmiş və yaralanmışdır.

Allah şəfa versin!!!

Daha çox xəbərlər