Ermənistanda süd məhsulları tamamilə saxtalaşdırılır
Ermənistanda bəzi hallarda süd, xama, pendir kimi məhsullar tamamilə saxtalaşdırılır.
ARANTV.AZ xəbər verir ki, bunu ölkənin İqtisadi rəqabətin müdafiəsi üzrə dövlət komissiyasının sədri Geqam Gevorkyan deyib.
Trend-in məlumatına görə, o bildirib ki, bu sahədə müntəzəm olaraq yoxlamalar aparılır, amma hələ də bəzi hallarda vəziyyət qənaətbəxş deyil.
Onun sözlərinə görə, bundan sonra qəfil yoxlamaların keçirilməsi nəzərdə tutulur.

