Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Fransa heç də əvvəldən Minsk qrupunun həmsədri deyildi

By Vüsal Rafiqoğlu
14.04.2021 2 Min Read

“Bəli, Fransa separatçıların tərəfində idi və bu, həqiqətdir. Müharibə zamanı bir neçə dəfə bu barədə açıq fikirlərimi bildirmişdim və bu, əlbəttə ki, qeyri-münasib idi”.

ARANTV.AZ xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransdakı çıxışında deyib.

Dövlət başçısı çıxışına belə davam edib: “Çünki bir çoxlarınız yəqin bilmirsiniz, amma mən Fransanın Minsk qrupunun necə həmsədrinə çevrildiyinə dair tarixçəni sizin diqqətinizə çatdırım. Fransa heç də əvvəldən Minsk qrupunun həmsədri deyildi. Fransa Prezidenti Şirakın xahişi ilə Minsk qrupunun həmsədri oldu. O, çox təkid etdi və mərhum atamdan dəfələrlə bunu xahiş etmişdi. Mənim mərhum Prezident Şirakla bir çox görüşlərimdə o da mənə eyni tarixçəni, atamı Fransanın Minsk qrupunun həmsədri olması üçün necə inandırdığına dair danışırdı. Deyirdi ki, Sizin atanız buna etiraz edirdi və açıq şəkildə “xeyr” deyirdi və bildirirdi ki, bizim şəxsinizə qarşı heç bir iddiamız yoxdur, lakin sizin çox güclü erməni diasporunuz var və bu diaspor sizin qərar qəbuletmə prosesinizə təsir edəcək, siz nəticədə Ermənistanın tərəfində olacaqsınız. Prezident Şirak onu inandırdı və vəd etdi ki, belə olmayacaq, Fransa bitərəf olacaq və ondan sonra atam razılığını verdi. Razılığını verməsəydi, Fransa orada olmayacaqdı. Bu əhvalatdan bixəbər olan bəzi fransız siyasətçilər üçün bir xatırlatmadır.

Sizə deyim ki, Fransa ilə yaxın əməkdaşlığımızın bütün müddəti ərzində bu bitərəflik və qərəzsizlik təmin olunurdu. Müxtəlif bitərəflik səviyyələrində, hətta onu da deyə bilərəm ki, Prezident Oland aprelin 24-ü Ermənistanda mərasimdə iştirak edərkən, eyni gün o, təyyarə ilə Bakıya gəlmişdi. Mən həmin zaman Prezident Ərdoğanla Çanakkalada Çanakkala zəfərinin ildönümündə idim və elə alındı ki, mən Bakıya Prezident Olanddan daha sonra gəlib çatdım. O, məndən əvvəl Bakıya gəldi və biz növbəti gün səhər görüşdük. Mən o hadisəni çox yüksək qiymətləndirirəm, bu günə kimi. Mən o hadisəni, Minsk qrupunun həmsədri olan bir siyasətçinin, dövlət xadiminin, məsuliyyətli bir şəxsin davranış əlaməti kimi görürəm. O, aydın başa düşürdü ki, Ermənistana bu münasibətlə səfər edirsə, o, Azərbaycana gəlib bizə öz ehtiramını göstərməsə, tarazlı və bitərəf davranmasa, bu, Azərbaycanda olduqca qeyri-populyar hərəkət kimi qarşılanacaq. Əfsuslar olsun ki, bu diplomatik təcrübə müharibə zamanı və hətta ondan əvvəl itirilmişdi. Hətta müharibədən əvvəl.

Fransa tərəfindən Ermənistan və Azərbaycan barədə tarazlaşdırılmamış yanaşma təkcə müharibə zamanı deyildi. Müharibədən əvvəl də belə idi. Bunun üçün bir çox göstəricilər var, sizin vaxtınızı çox almaq istəmirəm. Müharibə zamanı baş verənlər tamamilə qəribə idi və təəssüf ki, olanlar oldu. Bu, bizim planlarımızı dayandırdımı? Xeyr. Onlar bizim iradəmizə təsir edə bildilərmi? Xeyr. Bu, yanlış hesablama idi.

Mən açıq danışmaq istəyirəm. Böyük ölkələr bəzən bəzi başqa ölkələr haqqında dediklərinin dərhal icra olunmasına alışıblar. Onlar buna adət ediblər. Bu, pis vərdişdir. Onlar bu pis vərdişi atmalıdırlar. Bu, siqaret çəkmək kimidir, siz buna aludə olursunuz. Kimsə sizin istədiyinizi və ya sizin dediyinizi deməyəndə onların qəzəbi onları narahat edir. Müharibə zamanı mənə deyilənlərin heç biri, yəni durdurmaq, artıq azad edilmiş əraziləri geri qaytarmaqla bağlı sözlərin heç biri yerinə yetirilməmişdir. Lakin müharibədən sonra vəziyyət dəyişdi. Fransadan nümayəndə heyətləri, mesajlar gəlmişdir, münasibətlərin normallaşdırılması ilə bağlı təkliflər var idi. Mən münasibətlərimizdə heç bir səhv etmədiyimizi deyirdim. Biz həmişə əməkdaşlığa sadiq idik. Lakin olanlar oldu”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Prezident: Bu raket buraxılmışdır və onlardan neçəsi buraxılmışdır, haradan və nə zaman biz onları da bilirik

Next

“Zəfər” muzeyi “8 Noyabr” prospektində ola bilər – FOTO

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv