Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Mədəni və dini abidələrimizə qarşı erməni vəhşiliyi – ŞƏRH

By Vüsal Rafiqoğlu
14.04.2021 3 Min Read

Tarixi həqiqətdir ki, Azərbaycan heç zaman indiki kimi güclü və müstəqil olmayıb. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi və gərgin əməyi nəticəsində rəşadətli Azərbaycan ordusu uzun illər işğalda qalan torpaqlarımızı azad etdi. Çox sevindirici haldır ki, bu gün Azərbaycan təkcə döyüş meydanında deyil, bütün cəbhələrdə düşməni üstələyir, ona acı məğlubiyyət yaşadır.

ARANTV.AZ bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

C.Məmmədov bildirib ki, ermənilər İrəvan, Zəngəzur və Qarabağda xalqımıza məxsus bütün dini abidələri, ziyarətgah və məscidlərimizi, eləcə də, qəbirstanlıqlarımızı dağıdıblar:

“Sərgilədikləri bu əməllər Ermənistanın fəaliyyətində artıq davamlı hal alıb. Bütün bunlar göstərir ki, Azərbaycan xalqına məxsus tarixi abidələrimizi, ziyarətgah və məscidlərimizi, məzarlıqlarımızı dağıtmaq Ermənistanın vandalizm siyasətinin tərkib hissəsidir. Bu torpaqlarda yerləşən yüzlərlə əhəmiyyətli abidələri ermənilər yerlə yeksan ediblər. Bütün bunlar bir daha sübut edir ki, vəhşilik və vandalizm, islamafobiya Ermənistanın həyata keçirdiyi siyasətdə prioritet yer tutur.

Biz Ermənistanın həyata keçirdiyi dövlət siyasətində davamlı olaraq Azərbaycan Respublikasına məxsus tarixi abidələrin adlarının dəyişdirilməsi, tanınmış Azərbaycan ziyalılarının, azərbaycanlı şair və yazıçıların ev muzeylərinin dağıdılması kimi vəhşiliklərin şahidi oluruq. Bu cür vəhşiliklər törətmək Ermənistan üçün artıq xarakterik və davamlı hal alıb. Onların bu cür hərəkətlərinin sayı yüzlərlə, hətta minlərlədir.

Bununla bağlı onu da qeyd etmək lazımdır ki, zaman-zaman Ermənistan vətəndaşları, hüquq müdafiəçiləri, eləcə də ayrı-ayrı tərəfdarları ermənilərin sərgilədikləri bu hərəkətlərlə bağlı videolar, şəkillər və məlumatlar paylaşırlar. Biz komissiya yaradaraq Ermənistan ərazisindəki tarixi abidələrimizə baxış keçirsək, görərik ki, burada ermənilər daha çox dağıntı törədib, talanlar edib və Azərbaycana məxsus tarixi abidələrə qarşı vəhşicəsinə davranıblar. Bu, yuxarıda qeyd etdiyim fikirləri bir daha təsdiq edir”.

Deputat vurğulayıb ki, Azərbayacandan fərqli olaraq bu gün Ermənistan monoetnik dövlətdir və bu ölkədə yaşayan digər dinlərin nümayəndələri davamlı təzyiqlə üzləşirlər:

“Dağlıq Qarabağda eləcə də, Ermənistanda Azərbaycan xalqına məxsus bütün dini abidələr dağıdılıb. Səmavi dinlərə görə sinaqoq, kilsə, məscid Allahın evi və müqəddəs yer sayılır. Ermənistan siyasi hakimiyyəti üçün isə heç bir dəyər və müqəddəslik anlayışı yoxdur. Məscidlərdə donuz, inək saxlanılması, bir qisminin dağıdılması bu vəhşiliyin əyani və bariz sübutudur.

Əvvəlki illərdən mətbuatda ermənilərin Ağdam məscidində heyvan saxladığı barədə saytlarda, sosial şəbəkələrdə şəkillər videolar yayılmışdı. Bu günlərdə isə ermənilərin Qubadlıda Məmər kəndində, Füzulinin Alxanlı kəndində qədim məsciddə donuz saxladıqları barədə yeni kadrlar televiziyada nümayiş olundu. Bu, yuxarıda qeyd etdiyimiz fikirləri bir daha təsdiq edir.

Dünya ictimaiyyətinin ermənilərin törətdikləri hərəkətlərə biganə qalması onların yeni cinayətlər törətməsinə şərait yaradır. Məhz bu səbəbdən ermənilər həmin hərəkətlərini bu gün də davam etdirirlər. Əlbəttə, bu yolverilməzdir və beynəlxalq hüquqa, HAAQA Konvensiyasına və beynəlxalq konvensiyalara tamamilə ziddir”.

C.Məmmədov əlavə edib ki, Ermənistandan fərqli olaraq müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri qədim dövrlərdən Azərbaycanda sülh və qarşılıqlı anlaşma şəraitində yaşayıblar:

“Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, uğurla və böyük uzaqgörənliklə davam etdirilən siyasət nəticəsində bu gün Azərbaycan dünyanın multikulturalizm mərkəzlərindən və ən tolerant ölkələrindən birinə çevrilib. Bu həqiqət dünya birliyi tərəfindən də etiraf və təqdir olunur.

Bütün bunlarla yanaşı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da uzun illərdir ölkəmizdə dini ibadət ocaqlarının inşası, təmir və bərpası istiqamətində ardıcıl, məqsədyönlü və təqdirəlayiq layihələr həyata keçirir.

Bu gün Azərbaycanda bütün ibadət ocaqları, o cümlədən Bakının mərkəzində yerləşən erməni kilsəsi, içərisində olan 5 min ədəbiyyatla birgə dövlət tərəfindən qorunur. Həmçinin Bakıda 3 pravoslav, 1 katolik kilsəsi, 2 sinaqoq fəaliyyət göstərir. Onların da hər biri dövlət tərəfindən qorunur və himayə olunur.

Bu bir daha Azərbaycanın multikultural ölkə olduğunu göstərir. Azərbaycanın bu uğuru beynəlxalq qurumlar, dünyanın tanınmış nüfuzlu dini liderləri tərəfindən də hər zaman yüksək qiymətləndirilib.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, bütün yaşayış məntəqələrimiz, inanc yerlərimiz, məbəd, kilsə və məscidlərimizin hamısı təmir və bərpa olunacaq”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Qız doğma atasını intim münasibətə razı saldı, hər ikisi həbs olundu

Next

Gürcüstanda daha 1085 nəfər koronavirusa yoluxub

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv