Hadisə 

Biləcəri dəmir yolu stansiyasında silahlı şəxs saxlanıldı

Bakıda silahlı şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləcəri dəmir yolu stansiyasının ərazisində Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş S.Cəfərovdan “Makarov” tipli tapança, 1 ədəd patron sandığı və 6 ədəd patron aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Daha çox xəbərlər