Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəbhədən Xəbər

Vətən havası

By Vüsal Rafiqoğlu
15.04.2021 3 Min Read

Vətənpərvər gənclərimiz

Vətənpərvərlik nədir? Vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə, orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik! Vətənpərvər gənclər yetişdirilməsi təkcə təhsil müəssisələrinin işi ilə bitmir. İlkin olaraq, ailədən başlayan bu tərbiyəvi iş təhsil müəssisələrində davam etdirilir, bütün cəmiyyətin, onun hər bir üzvünün əməlindəki müsbət nümunələrlə yetkinləşir”.

Heydər ƏLİYEV

 

Şamaxı torpağı neçə – neçə şeir – sənət nəhəngləri, ulu söz zərgərləri yetirib. O yerlərə qədəm basanda, sənət karvanında yer alanların daş heykəlləri, tarixləşmiş, daşlaşmış baxışları salamlayır yoldan ötənləri. Yollar da yoldan ötənləri bu torpağa bağlayır, yazda da, qışda da bu yolların yolçusu olurlar. İnsan bu yerlərdə gəzib dolaşanda, göz oxşayan gözəllikləri görəndə gözləri gülür, könlü xoş olur. Zəngin Şirvan ədəbi mühitinin yetirdiyi böyük Azərbaycan şairləri Xaqani, Nəsimi, Şirvani, Sabir, Abbas Səhhət kimi dühaların, şairlərin Vətəni olan qədim bir torpağın oğludur Zamir Məmmədov. Saflıq, halallıq içində böyümüş ipək təbiətli bir gəncdir. Vətən sevgisi Zamir üçün ən ülvi duyğudur. O, həm qələmi, həm də ürəyindəki Vətənə sevgisi və sədaqəti ilə Vətənə məhəbbət bəsləyir. Bu, onun doğma Vətənə, ana torpağa ülvi hisslərlə bağlılığnın ifadəsidir.  Canındakı Vətən sevgisinin böyüklüyündəndir ki,  danışanda Vətən sözü dilində şeirləşir, qafiyələşir, şair təbi dilə gəlir. Qəlbi şeir çeşməsinə, dili nəğmə şəlaləsinə dönür:

Bülbülüm, gülüm Vətən,
Uğrunda ölüm, Vətən!

Könlündə Vətən havası, səsində  muğamlarımızın ahəngi, nəfəsində Şirvan aşıqlarının “Şəşəngi” avazı var. Muğamlarımızın, sazımızın – sözümüzün vurğunudur. Zamir deyir ki, onun vətənpərvərlik ruhu həm də soy – kökünə bağlıdır. Onun əsli – nəsli  Oğuz – Səlcuq tayfasına mənsub olan və köçəri həyat sürən padarlardandır. Dövrün ictimai – siyasi hadisələri ilə əlaqədar Azərbaycanın müxtəlif bölgələrinə yayılsalar da, padarların mərkəzi Şamaxıdır.

Tarixin bütün dönəmlərində heyvandarlıqla məşğul olublar. Yayda yaylağa, qışda qışlağa köçüblər. Zamir belə bir ailə – ocağın halal çörəyini yeyib. Zəhmətkeş ailədə böyüyüb, pərvəriş tapıb. Bu ailənin təknəsində halal maya, süfrəsinin xeyir – bərəkətində halal zəhmətlə qazanılan halal sərmaya olub həmişə. Amma son illər, ailə vəziyyəti ilə əlaqədar köçəri həyatdan yığışıblar.

Beləcə, bir padar ailəsinin həyatında yeni ömür, yeni dövr başlayıb. Zamir ali təhsil alıb. Azərbaycan Dövlət Neft Akademiyasının beynəlxalq iqtisadi münasibətlər və menecment fakültəsini bitirib. Buna baxmayaraq, yenə də əyalətdə yaşamağa üstünlük verib. O, SOCAR – ın  Şamaxı Qaz Sahəsində sosial işçi kimi fəaliyyət göstərir.

Zamin işgüzar olmaqla bərabər, həm də  istedadlı gəncdir. Öz işinin öhdəsindən bacarıqla gəlməklə yanaşı, ürəyəyatımlı şeirlər yazır. Gördüyü işlər qəlbinə dar gələndə könlünü şeirə – sözə verir, şeir havasına köklənir. Özünü şeirlərində ifadə edə bilir. Onun şeirləri öz təbii hisslərinin və duyğularının ifadəsidir. Ruhunda şairlər diyarının közərtiləri var. Bütün şeirlərinin ünvanı Azərbaycandır.  Vətənimiz, torpağımız dara düşəndə öz vətənpərvər hisslərini inci kimi ipə – sapa düzüb:

Vətən oğulları mərd, dəliqanlı,
Apreldə düşməni məhv etdi canlı.
Talış, Lələtəpə, Cocuq Mərcanlı –
Bu yerləri alan nərlərə əhsən,
Ön xəttə dayanan ərlərə əhsən!..

Zamir Məmmədov öz ixtisasını da, Vətənimizin tarixini, mədəniyyətini də, padarların tarixini də yaxşı bilir. Bilir ki, padarlar qədim türk tayfalarıdır. Bu tayfanın həqiqi adı baydarlar olub, ağızdan – ağıza keçib təhrifə uğrayaraq padarlar kimi tanınmağa başlayıb.

Xalqımız çoxəsrlik tarixin ayrı – ayrı mərhələlərində çox sınaqlardan keçib gəlib və  bu gün öz adının şərəfli mərhələsini yaşayır. Şərəfli tariximizdə 44 günlük Vətən müharibəsi kimi yadda qalan ölüm – dirim savaşında müzəffər ordumuz işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi və ölkəmizin ərazi bütövlüyü təmin olundu. Zamir bu savaşda iştirak etməsə də, Vətən qarşısında əsgəri borcunu şərəflə yerinə yetirib. Əzəli və əbədi Qarabağımızın keşiyində öz vaxtında müsəlləh əsgər kimi dayanıb. Tərtərdə, Marquşavan, Çaylı, Həsənqaya, Qapanlı və s. kəndlərdə, cəbhə bölgəsində hərbi xidmət keçib. Şəhidlərə, qazilərə, igid əsgərlərimizə həsr etdiyi bir – birindən mənalı şeirləri var. Şuşa, Kəlbəcər və Laçın  haqqında yazdığı şeirləri də diqqəti çəkir:

Sevinc əvəz etdi bütün kədəri,
Müzəffər ordumuz çaldı zəfəri.
Azad oldu doğma Şuşa şəhəri,
Azadlığın mübarəkdir, ay Şuşa!

* * *

Bəhmənin sözü, əsəri,
Sücaətin Kəlbəcəri…
Torpağına qurban olum!

* * *

Xəyalən Murovun başına uçdun,
Kəlbəçər qayıtdı, nur kimi saçdın.
Sevincindən, fərəhindən gül açdın,
Murovun qoynunda bitdin, ay ustad!

Zamirin ürəyində daim zümzümə etdiyi, qəlbinin kövrək telləri ilə dilləndirdiyi, heç kimin ifa edə bilmədiyi,  səssiz – sözsüz oxuduğu, yalnız oxuduğu bir Vətən havası var. O Vətən havasını düşünəndə Aşıq Veysəlin nisgilli səsi ilə oxuduğu “Mənim sadiq yarım qara torpaqdır” misraları yada düşür…

 

Həzi Həsənli, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, şair – publisist

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

11 şəhər və rayonda buraxılış imtahanları keçiriləcək

Next

Braziliyada ölümlər doğum sayını keçib

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv