Zəfər Nişanəsi!
“Müharibə”. Bu söz deyildikdə kimliyindən asılı olmayaraq hər kəsin ağılına ilk gələn düşüncələr əsgərlərin bir-birini amansızcasına öldürməsi və torpaq üzərinə tökülən qanlardır. Biz azərbaycanlıların isə ilk düşündüyü məhz Qarabağ olur. Qarabağ Azərbaycan xalqının hər bir fərdinin, onun bölgəsindən yaşından, siyasi ideologiyasından asılı olmayaraq ümumi məsələsi idi. Körpə yaşlarından Qarabağın iniltiləri ilə böyüyən nəsil onu azad etmək üçün öz Sərkərdəsinin, Rəhbərinin əmrini gözləyirdi. Təbii ki, müharibə əmrini verməklə iş bitmir. Əslində müharibədən çox, dövləti, xalqı və beynəlxalq aləmi bu müharibəyə hazırlayan yol vaxt aparan və keşməkeşli olur. Dövlətimiz illər boyu ordumuzu bu günlər üçün hazırlayır, qələbə üçün lazım olan zəmini yaradırdı. Bu isə ağıllı siyasət, möhkəm iradə, Vətənə, Millətə bağlılıq tələb edirdi. Nə böyük xoşbəxtlikdir ki, Azərbaycan xalqının İlham Əliyev kimi rəhbəri, ordusunun Komandanı var. Bəli, o Dahi Liderdir! Onun düşünülmüş, ən xırda detallara qədər hesablanmış siyasəti nəticəsində düşmən beynəlxalq müqavilələrdən uzaq tutuldu və iqtisadiyyatı böhranın ən dib nöqtəsinə gətirib çıxarıldı. İllərdir ki Ermənistanda iqtisadiyyat deyə bir şey yoxdur! Ölkədə rüşvətxorluq baş alıb gedir, xalq səfalət içərisində yaşayır, səriştəsiz rəhbərlik isə öz xalqını aldadaraq uçuruma sürükləyir. Hər kəsə məlumdur ki, azad ölkə, azad siyasət güclü iqtisadiyyatdan keçir. Ermənistanın iqtisadiyyatı isə tamamilə məhv olmuş vəziyyətdədir. Bu, onu digər ölkələrdən asılı, vassal ölkəyə çevirib. Bugün Ermənistan Azərbaycanın qarşısında dik duracaq bir vəziyyətdə deyil. Ermənistanın nə güclü Ordusu, nə iqtisadiyyatı, nə də azad siyasət yeridəcək rəhbərliyi yoxdur. Bunun nəticəsidir ki, özlərini “böyük ermənistan” xülyasına qapamış, başqa bir xalqın bədbəxtliyi üzərində öz xoşbəxtliyini qurmaq istəyən erməni xalqı, işğal etdiyi torpaqlardan cəmi 44 günə qəhrəman əsgərlərimiz, müzəffər ordumuz tərəfindən iti qovarcasına qovulub çıxarıldı. Həqiqətən də illər boyu həsrətini çəkdiyimiz Qarabağımızı 44 günə düşmənin başını dəmir yumruğumuzla əzib geri qaytaracağımız kimin ağlına gələrdi??? Yəqin ki heç bunu təsəvvür belə edə bilməzdim ki, doğulduğum torpaqlara Naxçıvana nə vaxtsa təyyarə və ya başqa ölkənin sərhədinə keçmədən avtomobillə keçib getmək imkanımız olacaq. Bütün bunlar xəyal kimi görsənirdi lakin Ali Baş Komandan xəyallarımızı gerçəkləşdirdi. Azərbaycanı birləşdirdi, torpaqlarımızı azad etdi düşmənə elə bir zərbə vurdu ki, çətin ki bir daha baş qaldıra.
Vətən Sevgisi! Vətən Həsrəti! Qisas! Bu hisslərlə hücum edən cəngavər əsgərlərimiz düşmənin 30 ildir ki qurduğu istehkamları darmadağın etdi. Hansı ki, illərdir ermənilər və onlara havadarlıq edənlərin göndərdiyi mühəndislər tərəfindən hər bir xırdalığı düşünülərək qurulmuşdu. Qisas atəşi ilə yanan bir ordunu durdurmaq mümkünsüzdür. Müdafiə xətləri cəmi bir neçə saata yarıldı, düşmən nə olduğunu anlayana qədər artıq igidlərimiz başlarının üzərini əcəl kimi kəsmişdilər. 27 sentyabr 2020-ci il əminliklə deyə bilərəm ki, hər bir Azərbaycanlının özünü xoşbəxt hiss etdiyi, çoxdandır gözlədiyi gün idi çünki torpaqlarımızı azad etmək, xalqımızın başına gətirilmiş müsibətlərin qisasını almaq imkanımız yaranmışdı. Xocalının intiqamı 44 günün hər günü alındı. Amma alçaq düşmənin Xocalıda etdiyi kimi yox! Günahsız, əli yalın qadın qoca uşaq ayırmadan şərəfsiz xain əməllər törətmək quduz ermənilərə xas hərəkətdir. Cənab Prezidentində müharibə başlamadan öncə verdiyi ilk əmrlərdən biri mülki əhalinin xəsarət almamasına çalışılması idi.
30 il öncə torpaqlarımızı işğal edib hər fürsətdə xalqımıza acıq verib, qıcıqlandıran ermənilər indi özləri od tutub yanırlar. Bir vaxtlar ekran arxasından qürrələnərək “erməni tankları ilə Bakıya da girəcəyik” deyən ermənilərin tankları gəldi özləri isə məlum məsələdi ya gorbagor oldu ya da siçovul kimi qaçıb gizləndi. Bakıya girən isə təkcə ermənilərin tankları deyildi, dəyəri 5 milyard dollar olan silah, sursat və texnika şəhərin düz mərkəzində Xətai rayonunda, Hərbi Qənimətlər Parkında nümayiş olunmağa çıxarıldı. Parkda istifadə edilən bütün eksponatlar ermənilərin döyüş meydanında qoyub qaçdıqları texnikalardan, yemək masasında dekor olaraq qoyulmuş adi duz qabına kimi hər bir xırda detal Ermənistan ordusuna məxsusdur.
Hərbi Qənimətlər Parkı Azərbaycanın 44 günlük Vətən müharibəsinin gedişatı ilə bağlı bir çox detalları özündə əks etdirir. İstər Şuşaya atılan “İsgəndər M” raketinin qalıqları, istər məhv edilmiş və ya qənimət götürülmüş erməni texnikaları, istər erməni hərbi yük maşınlarının nömrələrindən ibarət xüsusi lövhə, istər Azərbaycan Respublikası Prezidentinin informasiya müharibəsinin izləri, istərsə də ermənilərin keçilməz dediyi müdafiə xətlərinin bənzərinin yaradıldığı ərazi, istərsə də diqqət çəkən digər məqamlar 44 günün keşməkeşini, uğurlarını, mübarizəmizi və sonda qələbəmizi özündə əks etdirir. Qəlbində Vətən sevgisi olan hər insan Parkda olarkən fərəh hissi ilə dolub daşacaq. Əlbəttə ki, itkilərimiz də heç vaxt unudulmayacaq. Bizlər Vətən uğrunda canından keçən igidləri daima qəlbimizdə yaşadacağıq. Onlar unudulmayacaq. Cənab Prezidentin Parkla tanış olduqdan sonra hərbi qulluqçularla görüşü zamanı dediyi kimi Şəhidlərimizin yaxınları üçün təsəlli odur ki, onlar öz canlarını Vətən uğrunda qurban verdilər. Bəli, bu, hər birimizin təsəllisidir. Bizim əsgərlərimiz ərazi bütövlüyümüz uğrunda, haqqı bərpa etmək üçün canlarından keçdi. Beləliklə, XXI əsrin ən müasir müharibəsindən qalib ayrılan tərəf Azərbaycan oldu. Artıq ordumuzun igidlərinin Şuşanı almaq üçün keçdiyi yollar dünyanın ən müasir ordularında dərs olaraq keçirilməyə başlanmışdır. Belə qəhrəman döyüşçüləri olan orduya və Komandanına yaraşan da məhz belə qələbələrdir. Yaşasın Müzəffər Azərbaycan Ordusu! Yaşasın Ali Baş Komandan İlham Əliyev! Var Olsun Azərbaycan!
Süpay Məmmədov,
YAP Pirallahı rayon təşkilatının fəalı

