Çində koronavirusla bağlı son vəziyyət açıqlandı
Çində son sutka ərzində 11 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. Milli.Az bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 90 468-ə yüksəlib, ölənlərin sayı əvvəlki kimi 4 636-dır. Ümumilikdə 85 533 xəstə sağalıb.
Ölkədə 299 aktiv koronavirus xəstəsi var ki, onlardan da 5-nin vəziyyəti ağır qiymətləndirilir.

