Dünya 

Rusiya sanksiyalara müharibə ilə cavab verəcək – Çalıy

ABŞ-ın Rusiyaya yeni sanksiyaları onu göstərir ki, amerikalı siyasətçilər Kremlə baxanda qıcıqlanırlar.

ARANTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın ABŞ-dakı keçmiş səfiri Valeri Çalıy deyib.

O bildirib ki, Bayden administrasiyası rəqibinə qarşı sistemli işləyəcək:

“ABŞ üçün artıq Rusiyanın Ukraynaya, yoxsa hansısa digər ölkəyə qarşı olmasının əhəmiyyəti yoxdur. Cəza prosesinə start verilib. ABŞ-ın sanksiyalarına simmetrik cavab vermək iqtidarında olmayan Rusiya isə özü üçün asan olanı edəcək. Yəni Ukraynaya hücum!”

Daha çox xəbərlər