İSLAM 

Orucluqda uzun müddətli aclığın müsbət təsirləri var

Professor Dr. İbrahim Gül uzunmüddətli aclığın faydalarından danışıb.

ARANTV.AZ xəbər verir ki, İbrahim Gül bildirib ki, qısa müddətli araşdırmalara baxdığımızda uzunmüddətli aclığın müsbət təsirləri olduğunu görürük: “Məsələn, şəkəri azaldır, xolesterolu yaxşılaşdırır, çəki azalmasına təsir göstərir. “Yaz aylarında oruc tutduğumuzda və ya uzun müddət ac olduğumuzda bədəndəki maye itkisi sürətlənə bilər. Bu da ürək xəstələrinə mənfi təsirlərlə nəticələnir. Ancaq, şəkərin normallaşması, xolesterolda yaxşılaşma ürək xəstəliyinə da müsbət təsir göstərir”.

Dr. İbrahim Gül Ramazan ayında səhhəti yaxşılaşan xəstələrin sayının artdığını deyir: “Ramazanda sağlamlıq vəziyyətləri daha yaxşı olan xəstələrimiz var. Bəlkə də, bu uzun müddətli aclığın təsiridir. Əksər ürək dərmanlarının çoxu gündə bir dəfə qəbul edilir. Buna ciddi nəzarət edilməlidir. Bundan başqa xəstələrdən qan təzyiqini diqqətdə saxlamalarını tövsiyə edirik. Karbohidrat və şəkərli qidalardan uzaq durmalarını, əvəzində təzə meyvə və tərəvəzlər, taxıllı bitkilər kimi daha sağlam qidalar yemələrini məsləhət görürük”.

Hüsniyyə İdrisova,

BSU-nun IV kurs tələbəsi

Daha çox xəbərlər