Gündəm 

Qarabağda Belarus aqroşəhərciklərinin tikintisi nəzərdə tutulur

Belarus Azərbaycanla aqrar sahədə təcrübə və biliklərini paylaşmağa hazırdır.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bunu Belarusun memarlıq və tikinti naziri Ruslan Parxamoviç deyib.

O bildirib ki, söhbət Qarabağda bütün infrastrukturun bərpasından gedir:

“Belarusda mövcud olan aqroşəhərciklərin Qarabağda tikintisi nəzərdə tutulur. Bundan başqa, su elektrik stansiyalarının, elektrik şəbəkələrinin, su təchizatı şəbəkələrinin bərpasından söhbət gedir. Bir sözlə, həmin ərazilərdə kompleks tikintinin həyata keçirilməsi planlaşdırılır”.

Daha çox xəbərlər