Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Təhsil

Evdən distant təhsilin təşkili üçün 5 faydalı məsləhət

By Vüsal Rafiqoğlu
19.04.2021 3 Min Read

Pandemiya şəraiti, gedişli-gəlişli karantin və bütün bunların fonunda təhsilini davam etdirməyə çalışan minlərlə şagird və tələbə…

“Yeni qaydalar”a ayaq uydurmağa çalışan nəsil olaraq, həyat tərzimizi, vərdişlərimizi, evdəki işlərimizi uyğun şəkildə tənzimləməliyik ki, itirənlər yox, qazananlar sırasında olaq. Xüsusən də  orta məktəblərin yenidən qapanması ilə şagirdlərin distant təhsilinin təşkili yenidən aktuallaşır. Bəs uşaqların həyatını daha planlı, onlayn təhsillərini daha effektiv etmək üçün valideynlərin diqqət etməli olduğu əsas məqamlar hansılardır?

1. Gündəlik rejimin yaradılması

Aparılan araşdırmalar göstərir ki, davamlı gündəlik rejimi olan uşaqlar daha uğurlu olur, özlərini daha güvənli və təhlükəsiz hiss edirlər. Bu qayda pandemiya dövründə vaxtının əksər hissəsini evdə keçirən şagirdlər üçün xüsusilə faydalı olacaq. Dərs rejiminə uyğun olaraq, vaxtın düzgün bölünməsi, tapşırıqlar, fasilələr və müxtəlif hobbilər üçün vaxt bloklarının əvvəlcədən ayrılması erkən yaşlardan onlarda nizam-intizamın formalaşdırılmasına kömək edəcək. Burada əsas məqam gündəlik rejimin övladınızla birgə, onun maraq dairəsinə, individual xüsusiyyətlərinə görə hazırlanmasıdır.

2. Evdə erqonomik dərs köşəsinin yaradılması

Evdə uşaq üçün diqqətini toplaya biləcəyi (səs-küydən kənar), rahat, təhlükəsiz (qamətə və gözün görmə qabiliyyətinə mənfi təsiri olmayan), eyni zamanda zövq alacağı bir dərs köşəsinin hazırlanması təhsilin keyfiyyətinə birbaşa təsir edəcək faktorlardandır. Mebel seçimində erqonomikanı mütləq nəzərə alaraq boya uyğun masa və oturacaq seçilməlidir. Masa üçün ortalama ölçülər – 60-80 sm en, minimum 100 sm uzunluqdur. İdeal olaraq  yazı yazmaq üçün masanın üzəri 15’ dərəcə, oxuma zamanı isə 30’ dərəcə, üzü uşağa tərəf maili olmalıdır ki, göz sağlığına heç bir zərər gəlməsin – transformer masalar bu baxımdan daha yaxşıdır.

Oturacaqların isə fərqli növləri var. Boya uyğun seçilmiş ortopedik oturacaq uşağın qamətini düzgün formalaşdırmağa kömək edəcək.

3. Onlayn resurslardan düzgün istifadə

Onlayn təhsil həm də şagirdlərin kompüter savadlılığının artırılması üçün gözəl imkanlar yaradır. Dərslərin əsasən “Microsoft Teams” və “Zoom”  platformaları üzərindən keçirildiyini nəzərə alsaq, övladınızın bu proqramların gündəlik lazım olan xüsusiyyətlərindən başqa, dərsin effektivliyini artıracaq digər faydalı funksiyalarından da yararlandığından əmin olun. Eyni zamanda araşdırma əsaslı ev tapşırıqlarını hazırlayarkən, “Google”, “Yandex”, “YouTube” və digər axtarış sistemlərindən özlərinə lazım olan məlumatları sərbəst şəkildə tapa biləcək səviyyədə istifadə etməyi bacarmalıdırlar.

4. Kəsintisiz internet bağlantısı

Bu dövrdə kəsintisiz internetin olması mütləq amillərdən biridir. Evinizdə stabil “WiFi” internet şəbəkəsinin olmadığı və ya sürətin zəif olduğu hallarda telefon vasitəsilə mobil internet paketlərindən yararlana bilərsiniz. Bəzi operatorlar distant təhsil üçün xüsusi sərfəli paketlər təqdim edirlər. Məsələn, bazarın əlverişli təkliflərini araşdırsaq, “Nar”ın təqdim etdiyi “Təhsil+” internet paketini misal gətirmək olar. Aylıq 10 AZN-lik paket həm “MS Teams”, həm də “Zoom” üçün keçərli və sürət limiti olmayan 50GB internet verir. İki övladınız varsa, eyni vaxtda bir paketdən istifadə edərək hər biri fərqli cihazlardan öz dərsinə qoşula bilər.

5. Həmyaşıdlarla davamlı ünsiyyət

Məktəbdən uzaq olmaq həm də canlı ünsiyyətdən və dostlardan uzaq qalmaq deməkdir. Uşağın ünsiyyət bacarıqlarının formalaşdığı bir dövrdə həmyaşıdlarından kənar qalması onun sosial inkişafına da mənfi təsir göstərə bilər. Bu təsirləri müəyyən qədər azaltmaq üçün pandemiya şərtlərinə uyğun olaraq, müəyyən rutin çərçivəsində açıq havada dostların görüşünə şərait yaratmaq, yaxınlıqda yaşayan həmyaşıdları ilə ünsiyyətə təşviq etmək lazımdır. Onlayn platfromalar çərçivəsində isə maraq dairələrinə uyğun fərqli klublar və müzakirələrin təşkili övladlarınızın sosial olaraq təcrid olmasının qarşısını alacaq, müxtəlif sahələrdə dünyagörüşünü  artırmasına yardımçı olacaq.

Bütün bunlarla yanaşı, yadda saxlamaq lazımdır ki, yeni reallığa alışmaq həm böyüklər, həm də balacalar üçün asan bir proses deyil. Emosional sağlamlığın hər şeydən vacib olduğunu nəzərə alaraq evdə uşaqlarla ünsiyyətdə stress yaradacaq istənilən söhbətdən qaçınmağa və yaranan vaxtdan maksimum səmərəli, zövq alacağınız şəkildə yararlanmağa çalışın.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Allahşükür Paşazadənin arxiv şəkli yayılıb – FOTO

Next

Təhsil Nazirliyinin qarşısına toplaşan valideynlərin tələbləri yerinə yetirildi – YENİLƏNİB

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv