Azərbaycanda vəzifəli şəxs koronavirusdan vəfat edib – FOTO
Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi koronavirusdan vəfat edib.
ARANTV.AZ-ın məlumatına görə, nazirliyin Biləsuvar Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi və Cəbrayıl rayonu üzrə nümayəndəsi Quliyev Kamran İmran oğlu bir müddət əvvəl COVID-19 virusuna yoluxub.
Aparılan müalicələrə baxmayaraq, o, 63 yaşında koronavirusdan vəfat edib.

