Ukraynada fövqəladə vəziyyət və karantin rejimi uzadıldı
Ukraynada koronavirus pandemiyası ilə əlaqədar fövqəladə vəziyyət rejimi, eləcə də karantin tədbirləri iyunun 30-dək uzadılıb.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin baş naziri Deni Şmıqal Nazirlər Kabinetinin iclasında deyib.
Ukraynada hazırkı karantin rejimi aprelin 30-dək qüvvədə idi.
Ölkədə bu günədək 1,98 milyona yaxın şəxs koronavirusa yoluxub, 40 796 nəfər vəfat edib.

