Azərbaycanın iki qadın güləşçisi Avropa çempionatında mübarizəyə qoşulur
Bu gün Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında daha iki qadın güləşçimiz mübarizəyə qoşulacaq.
ARANTV.AZ xəbər verir ki, 53 kq çəki dərəcəsində Tatyana Varansova son Avropa çempionu Olqa Xoroşavtseva (Rusiya) ilə qarşılaşacaq. Bu görüş 1/4 final mərhələsinin görüşü olacaq.
65 kq-da isə İrina Netreba Tatyana Pavlova (Belarus) ilə görüşəcək. Bu görüş 1/8 finala təsadüf edəcək.
Qeyd edək ki, bu gün Mariya Stadnik səkkizinci dəfə Avropa çempionu olmaq üçün final görüşünə çıxacaq. O, 50 kq çəki dərəcəsində son Avropa çempionu Miqlena Selişka (Bolqarıstan) ilə qarşılaşacaq.

