İdman 

Karate üzrə Premyer Liqanın Bakıda keçiriləcəyi tarix açıqlandı

Gələn il Bakıda keçiriləcək karate üzrə Premyer Liqa yarışının nə vaxt keçirilməsinə aydınlıq gəlib.

ARANTV.AZ-ın xəbərinə görə, Ümumdünya Karate Federasiyası (WKF) 2022-ci il üçün ehtimal olunan təqvimini açıqlayıb.

Təqvimə beş Premyer Liqa, dörd Gənclər Liqası və üç Seriya A yarışı salınıb. Bakıda keçiriləcək Premyer Liqa yarışı ilin dördüncü analoji turniri olacaq və 2-4 sentyabr tarixlərində baş tutacaq.

Bundan başqa, yeniyetmələr, gənclər və U-21-lərin Avropa çempionatının Çexiyanın paytaxtı Praqada (4-6 fevral), böyüklərin Avropa çempionatının Türkiyənin Qaziantep şəhərində (11-15 may), o cümlədən yeniyetmələrin, gənclərin və U-21-lərin dünya çempionatının Türkiyənin Konya şəhərində (26-30 oktyabr) keçirilməsi təsdiqlənib.

Qeyd edək ki, ötən ilin martında Avropa çempionatı və bu ilin martında Premyer Liqa yarışı Bakıda keçirilməli olsa da, pandemiya səbəbindən baş tutmayıb.

Daha çox xəbərlər