Gözəlliyinizə gözəllik qatan sadə məhsullar
Gözəllik məhsullarına külli miqdarda pul xərcləməyinizə ehtiyac yoxdur. Çünki mətbəxinizdə dəri və üz gözəlliyiniz üçün bir çox qida məhsulları mövcuddur.Onlar haqqında topladığımız maraqlı məlumatları təqdim edirik.
Zeytun yağı
Zeytunyağı mətbəxinizdə olan ən yaxşı gözəllik məhsullarının biridir. Quru ya da yağlı dərinizi bəsləyər, eyni zamanda, duşdan sonra saçlarınıza çəkdiyinizdə saçlarınız daha parıltılı və yumşaq edər.
Bal
Ləzzətli dadı ilə yanaşı, saçınız və dəriniz üçün də istifadə edə biləcəyiniz bir gözəllik məhsuludur. Bal, dərinizi nəmləndirər və bəsləyər. Eyni zamanda, saçınızı nəmləndirərək və parıltı qazandıraraq bir maska funksiyasını yerinə yetirər.
Alma sirkəsi
Yaxşı bir pilinq məhsulu axtarırsınızsa çox uzağa getməyin. Hər evdə olan alma sirkəsi bu əməliyyat üçün birə-birdir. Yalnız bir pambıq üzərinə bir neçə damla sıxıb üzünüzə çəkəcəyiniz alma sirkəsi ilə üzünüzdəki köhnəlmiş dəridən təmizlənmiş olacaqsınız. Alma sirkəsini 30 — 45 dəqiqə tətbiq etdikdən sonra isə zeytunyağı istifadə edərək dərinizi bəsləyə bilərsiniz.
Şəkər tozu
Gündəlik istifadədən şəkəri çıxarmış ola bilərsiniz, amma onu bir gözəllik vasitəsi kimi evinizdə istifadə etmək üçün mütləq saxlamalısınız. Təbii piling xüsusiyyəti olan şəkər tozu, dəri və dodaq gözəlliyi üçün əla vasitədir. Tək etməniz lazım olan ovucunuza götürəcəyiniz az miqdarda şəkər tozunu üzünüzə çəkməkdir.
Duz
Şəkər tozu kimi duz da, mətbəxinizdə yeməklərinizdə çox istifadə etməsəniz belə gözəllik vəsaiti olaraq evinizdə saxlamanız lazım olanlardandır.Duz da şəkər tozu kimi pilinq xüsusiyyətinə malikdir. Onu quru dərinizə tətbiq edin. Əgər dəri ləkələriniz varsa, bir miqdar dəniz duzunu şəkər tozu ilə qarışdırıb problemli olan bölgəyə tətbiq edin. Şampununuzun içərisinə az miqdarda dəniz duzu atın və nəticəyə inana bilməyəcəksiniz. Saçlarınız hamarlığını və parlaqlığını bərpa etmiş olacaq.
Limon
Limon və limon suyu gözəlliyiniz üçün sanki bir dərman kimidir . Limon saçlarınızın rəngini açmanıza köməkçi ola bilər, dırnaqlarınızdakı sarı ləkələri yox edər, dişlərinizi ağartmağa köməkçi olar və ən əsası səhərlər bir stəkan limonlu su həzm sisteminizi hərəkətə keçirər.

