Sosial 

Koronavirus xəstələri ictimai yerlərdə tutuldular

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 22-də respublika ərazisində yeddi nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Daha çox xəbərlər