Dietoloq günə nə ilə başlamağın gərəkdiyini açıqlayıb
Çoxlarımız günə bir fincan gümrahlaşdırıcı içki-çay və ya kofe ilə başlamağa adət etmişik. Lakin bu düzgündürmü?
Rusiyalı dietoloq Svetlana Titova bildirib ki, belə adəti sağlamlıq üçün faydalı hesab etmək olmaz. O, günə məhz krandan, qaynanmamış bir stəkan su ilə başlamağın faydalı olduğunu bildirib. Lakin soyuq olmamalıdır və ya içinə buz atmaq olmaz, krandan götürülmüş suyu azca isitmək və içmək kifayətdir.
Otaq temperaturunda su maddələr mübadiləsini sürətləndirir, faydalı maddələri oksigenlə birlikdə orqanizmin bütün hissələrinə çatdırır.
Dietoloq içilən suyun həcminə də diqqət etmək lazım olduğunu vurğulayıb. O, bildirib ki, nə qədər çox su içilsə, hüceyrələr o qədər çox yenilənir və regenerasiya baş verir.
“Bu sadə vasitədən ən minimal həddə belə istifadə etməklə xarici görünüşümüzü yaxşı tərəfə dəyişə bilərik: dərinin canlanması, artıq çəkidən qurtulmaq, saçların qurumasının qarşısını almaq və s.”,-deyə dietoloq qeyd edib.

