Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Prezidentin geri çağırdığı xanım səfir kimdir? – DOSYE

By Vüsal Rafiqoğlu
24.04.2021 2 Min Read

Xəbər verdiyimiz kimi, Xanım Məmməd qızı İbrahimova Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında və Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılıb. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Xanım İbrahimova haqqında qısa məlumatı təqdim edirik:

Səfir Xanım İbrahimova beynəlxalq münasibətlər və diplomatiya sahəsində 20 illik iş təcrübəsinə malikdir.

X.İbrahimova Azərbaycan Dövlət İqtisad Universitetindən beynəlxalq maliyyə ixtisası və dünyanın nüfuzlu təhsil ocaqlarından olan ABŞ-ın Kolumbiya Universitetindən beynəlxalq sosial inkişaf ixtisası üzrə iki magistr dərəcəsinə malikdir.

1998-ci ildə o, Avropa İttifaqının Azərbaycan bölgələrinin inkişafını nəzərdə tutan birgə proqramında işləyib.

2000-ci ildə X.İbrahimova BMTİP-nin Azərbaycan Nümayəndəliyində Azərbaycan Hökuməti ilə birgə Fövqəladə halların idarə edilməsi layihəsi üzərində çalışıb. Qeyd olunan layihə sonralar təsis edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əsasını təşkil edib.

Azərbaycanda diplomatik xidmət sıralarına qoşulmadan əvvəl o, 2003-cü ildə BMT-nin Nyu-Yorkda yerləşən Baş Qərargahında İnkişaf Siyasəti Bürosunda layihələndirmə mütəxəssisi və 2004-cü ildə isə ən strateji bürolardan birində – Böhranların Qarşısının Alınması və Bərpa Bürosunda layihə meneceri (P-4) vəzifəsində işləyib. X.İbrahimova burada minalardan əziyyət çəkən ölkələr üçün böhranın qarşısının alınması və ərazilərin bərpası istiqamətində vəsaitin toplanması üzrə iş aparıb.

O, 2006-cı ildə xarici işlər nazirinin də dəstəyi ilə Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) konsepsiyasını hazırlayıb və həyata keçirib. Qeyd olunan agentlik hazırda Azərbaycanın beynəlxalq yardım sahəsində fəaliyyət göstərən əsas qurumudur. Bu qurumun həm strategiya, həm də hüquqi bazasının müəllifi kimi Xanım İbrahimova BMT-nin İnkişaf proqramı çərçivəsində topladığı vəsait hesabına Azərbaycan Diplomatik Akademiyası ilə birgə ilk texniki yardım layihələrini hazırlayıb və həyata keçirib. Peşəkar fəaliyyəti dövründə o, eyni zamanda Azərbaycan Diplomatik Akademiyasında beynəlxalq tələbələrlə bağlı müxtəlif layihələrin müəllifi və icraçısı olub.

X.İbrahimova, həmçinin Azərbaycan Respublikasının Avstriyadakı Səfirliyi və ATƏT yanında Daimi Nümayəndəliyində iqtisadi məsələlər üzrə müşavir vəzifəsində çalışıb. Fəaliyyəti dövründə o, ATƏT çərçivəsində keçirilmiş müzakirələrdə Azərbaycanı təmsil edib, Azərbaycan Respublikası Prezidentinin başçılığı ilə geniş tərkibli ilk Azərbaycan-Avstriya Biznes Forumunu təşkil edib.

Səfir təyin olunmadan əvvəl o, Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində müşavir vəzifəsində işləyib. Nümayəndəlikdəki fəaliyyəti dövründə X.İbrahimova dəfələrlə BMT üzvü olan dövlətlər tərəfindən BMT-nin müxtəlif komitələrinin sədr müavini seçilib. BMT-nin siyasi cəhətdən mühüm bir bəyannaməsinin BMT üzvü olan 150 ölkə arasında konsensus yolu ilə qəbul edilməsinə nail olduğuna görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Bunadək o, xarici işlər naziri tərəfindən “Təşəkkür məktubu” verilmiş və “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunmuş səfirlər də daxil olmaqla on ən yüksək səviyyəli diplomatdan biri olub.

O, 2017-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Xanım İbrahimova Bakı şəhərindən anadan olub. Evlidir, iki övladı var. /Azxeber.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Milli Məclisdə İƏTPA-nın şöbəsi yaradılacaq

Next

Hindistanda koronavirus xəstəxanasında faciə

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv