Üç həftəlik tam qapanma – Diqqət hökumətin bu gün çıxaracağı qərara dikilib
Türkiyə hökuməti kritik qərar vermək üçün bu gün toplanır.
ARANTV.AZ haberler.com-a istinadən xəbər verir ki, toplantıda qarşıdan gələn Ramazan bayramı ilə bağlı 3 həftəlik qapanma qərarı verilə bilər.
Bazarlar və istehsal şəbəkələri xaricindəki bütün iş yerlərinin bağlanmasının gündəmdə olacağı bu müddətdə peyvəndləməni sürətləndirmək və tətilin sonuna qədər əhəmiyyətli bir nəticə əldə etmək hədəflənir.

