18 yaşlı oğlanı hədələyib 8 min aldı
Bakıda şantajla gənc oğlandan xeyli miqdarda pul alan şəxslə bağlı araşdırma aparılır.
ARANTV.AZ xəbər verir ki, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yaşayan 18 yaşlı Muxtar Qurbanov şantajın qurbanı olub. Martın 15-dən aprelin 20-dək olan müddət ərzində Yusif adlı şəxs ona hədə-qorxu gələrək 8000 manat pulunu alıb.
Müraciət əsasında araşdırma aparılır.

