Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Hadisə

Azərbaycanda üç nəfər orta məktəbin zalında azyaşlıya dəfələrlə təcavüz etdi

By Vüsal Rafiqoğlu
28.04.2021 4 Min Read

Şabran rayonunda seksual xarakterli hərəkətlər etməkdə ittiham olunan 2002-ci il təvəllüdlü Höccətəli Soltanov, 2002-ci il təvəllüdlü Fərid Xalıqov və 2002-ci il təvəllüdlü Sabir Həmidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ARANTV.AZ Demokrat.az-a istinadən xəbər verir ki, Fərid Xalıqov 2017-ci ilin mayın əvəllərində, saat 12.00-da təhsil aldığı Şabran rayonun Şahnəzərli kənd orta məktəbinin idman zalında dərslərarası tənəffüs zamanı öz cinsi ehtirasını təmin etmək niyyəti ilə həmkəndlisi, həmin dövrdə kənd orta məktəbinin 8-ci sinif şagirdi, 2003-cü il təvəllüdlü Məlikin (ad şərti verilib – red.) köməksiz vəziyyətindən istifadə edərək ona bir məktəbdə oxuyan digər şəxslərlə qeyri-təbii yolla cinsi əlaqədə olması barədə onda onun haqqında məlumatın olduğunu bildirib, onunula da qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif edib.

Məktəbin idman zalında təcavüz

Fərid Xalıqov onun təklifini qəbul etməyəcəyi təqdirdə bu rüsvayedici məlumatları yaymaqla Məliki biabır edəcəyi ilə hədələyib. Məlik onun təklifini qəbul etməyib və etiraz edib.

Bu zaman Fərid onun müqavimətini qırmaq üçün sonuncunun qolundan tutaraq zorla idman zalının paltardəyişmə otağına aparıb və orada ona qarşı zor tətbiq edərək yumruqla sinə nahiyəsinə zərbələr endirib. Onu soyundurub və qeyri təbii üsula cinsi əlaqədə olub.

Bundan başqa Fərid 2019-ci il fevralın 11-də, saat 12.00-da həmin dövrdə onunla eyni orta məktəbin 11-ci sinfində oxuyan Höccətəli Soltanov və Sabir Həmidov ilə qabaqcadan əlbir olub, cinayət əlaqəsinə girib.

Məktəbliyə üç nəfər təcavüz etdi

Onlar təhsil aldıqları Şabran rayonunun Şahnəzərli kənd orta məktəbinin idman zalında dərslərarası tənəffüs zamanı Məlikə yaxınlaşaraq bir məktəbdə oxuyan həmkəndliləri ilə qeyri-təbii yolla cinsi əlaqədə olması barədə onlarda onun haqqında məlumatın olduğunu bildirib, onlarla da qeyri-təbii yolla cinsi əlaqədə olmağı ona təklif edib. Təklifini qəbul etməyəcəyi təqdirdə bu rüsvayedici məlumatları yaymaqla onu biabır edəcəyi ilə hədələyib, idman zalının paltardəyişmə otağında cinsi əlaqədə olublar.

“Ədavətimiz olmayıb”

İstintaq orqanı tərəfindən Höccətli Soltanov, Sabir Həmidov və Fərid Xalıqovun barəsində Cinayət Məcəlləsinin 150.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri törətmək) və 150.2.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddələri ilə ittiham elan edilib.

Hər üç şəxsin barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən iclasda araşdırılıb.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərid Xalıqov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, 2019-cu ildə Şabran rayonu Şahnəzərli kənd orta məktəbinin 11-ci sinfində oxuyub: “Dərslərə davamiyyətim yaxşı, qiymətlərim də orta olub. Məktəbin 10-cu sinfində təhsil almışam və məhkəmədə məni zərərçəkmiş şəxs kimi təqdim olunan Məlik tanınıb. Onunla ədavətimiz olmayıb”.

“Zalda güləşdik”

Fərid Xalıqovun ifadəsinə görə, 2019-cu ilin yanvarın əvəllərində 4-cü dərsin tənəffüsündə dəhlizdə Sabir və Höccətəli ilə birlikdə olduğu zaman 10-cu sinif şagirdi Məlik sinif uşaqlarını güləşmək üçün məktəbin idman zalına dəvət ediblər: “Birlikdə Məlikgilin sinif uşaqları ilə məktəbin idman zalına getdik. Məliklə birlikdə oxuyan 10-cu sinif şagirdləri Mahmud, Aqil və Ramazan da bizimlə birlikdə idman zalına gəldilər. Zalda mən, Məliklə, sinif yoldaşım Höccətəli isə 10-cu sinifdə oxuyan Mahmudla güləşdik. Bu zaman Höccətəli paltarlarını götürdü, paltardəyişmə otağına keçərkən 10-cu sinifdə oxuyan Aqil də onunla birlikdə paltardəyişmə otağına getdi. Ramazan da onların arxasınca paltardəyişmə otağına tərəf getdi. Məliklə təxminən 10 dəqiqə güləşdikdən sonra birlikdə dərsə qayıtdıq. Zaldan gedərkən Ramazanın paltardəyişmə otağının qapısı ağzında dayandığını və ətrafa baxdığını gördüm. Sabir və Aqil hələ də paltardəyişmə otağında idilər. Dərsə gəldikdən sonra həmin dərsin qurtarmasına az qalmış Höcətəli və Sabir də sinfə daxil oldular”.

“Aramıza girdiyi üçün vurduğumu dedim”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, 2019-cu ildə, saat 12.00-da onunla bir sinifdə təhsil alan Sabir sinifdən çıxıb harasa gedib: “Təxminən 2-3 dəqiqə sonra sinfə qayıtdı, sinif yoldaşım Höccətəlini sinifdən dəhlizə çağıraraq onunla birlikdə harasa getdilər. Dərs qurtardıqdan sonra məktəbdən çıxaraq yaşadığım evə getdim. Uşaqlarla birlikdə məktəbdən gedərkən sinif yoldaşlarım Sabir və Höcətəlinin çantaları sinifdə qalmışdı və onların hara getmələrini bilməmişəm. 2018-ci ilin yay aylarında məktəb uşaqları ilə birlikdə Şabran qoruğuna gedərkən orada məktəbdə oxuyan Şaban adlı uşaqla söhbət edərkən Aqil də gəldi. Aqilə kənara çəkilməsini deməsinə baxmayaraq o, kənara çəkilmədiyi üçün onu vuraraq kənara itələdim. Ertəsi günü Aqilin atası Habil də yanıma gələrək Aqili nə üçün vurmağımı soruşdu. Uşaqlarla söhbət edərkən Aqilin yanımıza gələrək aramıza girdiyi üçün onu vurduğumu dedim”.

“Əxlaqsız hərəkət etməmişəm”

Fərid Xalıqovun ifadəsinə görə, Aqlin əmisi oğlu Seymur da 2017-ci ilin fevral ayında məktəbə gələrək Höcətəlini, Sabiri və onu sinifdən çıxarıb: “Məktəbin arxa hissəsinə apararaq əmisi oğlunu nə üçün incitmələrinin səbəbini soruşdu. Onlar Aqilə qarşı hər hansı bir hərəkət etmədiklərini demələrinə baxmayaraq Seymur məni və Sabiri vurdu. Seymur həmin vaxt Aqilin özündən də mənə qarşı bir hərəkət edib-etmədiklərini yanında soruşdu. Aqil ona qarşı heç bir hərəkət etmədiyimizi dedi. Zərərçəkmiş şəxsə qarşı hər hansı bir seksual xarkterli əxlaqsız hərəkətlər etməmişəm”.

Digər təqsirləndirilən şəxslər də elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər. Onlar heç kimə qarşı seksual xarakterli hərəkətlər, əxlaqsızlıq etmədiklərini deyiblər.

Fərid Xalıqov 4 il, Höccətəli Soltanov 2 il, Sabir Həmidov 2 il müddətinə azadlıqdan məhrum ediliblər.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb

Next

Bir-birini bıçaqladılar

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv