Dünya 

Əfqanıstanda mədəndə partlayış: 8 nəfər ölüb, yaralananlar var

Əfqanıstanda qızıl mədənində partlayış olub.

ARANTV.AZ  bu barədə report-a istinadən xəbər verir.

Məlumata görə, hadisə Bədəhşan vilayətində, Raqistan adlı ərazidə baş verib. Partlayış nəticəsində 8 nəfər həlak olub, həmçinin 2 nəfər xəsarət alıb. Yaralıların vəziyyəti barədə məlumat verilmir.

Hadisənin təfərrüatı açıqlanmır.

Daha əvvəl Əfqanıstanın paytaxtı Kabildə baş verən terror aktında 90 nəfər yaralanıb.

Daha çox xəbərlər