Bu gün şəhidimiz Mayor Anar Məmmədovun doğum günüdür
Bu gün 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda qəhmanlıqla vuruşaraq şəhidlik zirvəsinə ucalmış Sabirabad rayonundan olan şəhid Mayor Anar Məmmədovun doğum günüdür.
ARANTV.AZ xəbər verir ki, YAP Sabirabad rayon təşkilatının nümayəndə heyyəti şəhidimizin doğum gününə həsr olunmuş tədbirdə iştirak edib, şəhidmizin əziz xatirəsini uca tutaraq onun məzarını ziyarət edib və gül-çiçək dəstələri düzərək ruhuna dualar oxuyublar.
Cənnətdəki ilk doğum günün mübarək, Şəhidim!
Allah şəhidlərimizə rəhmət eləsin!



