“Space” kanalına təyin olunan yeni rəhbər kimdir? – DOSYE
“Space” teleradioa şirkətinə yeni rəhbər Ülviyyə Mikayılova təyin olunub.
ARANTV.AZ xəbər verir ki, Ü.Mikayılova təyinatla bağlı məlumatı təsdiqləyib.
Qeyd edək ki, Ülviyyə Mikayılova 1959-cu ildə anadan olub. O, ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəridir.
Ülviyyə Mikayılova Açıq Cəmiyyət İnstitutu (Soros Fondu) ilə də əməkdaşlıq edib, “Addım-addım” proqramının rəhbəri olub. O, 1998-ci ildən bugünədək bir sıra beynəlxalq qurumlar tərəfindən elan olunmuş müsabiqələrin qalibi olub.
Rusiya Federasiyası, Orta Asiya və digər MDB, eləcə də Şərqi Avropa ölkələri və Monqolustanda təhsil üzrə məsləhətçi xidmətləri göstərib./BAKU.WS

